"Zika" virusu yayılır - Mayamidə təhlükə
Amerika Birləşmiş Ştatlarının ən çox turist cəlb edən şəhərlərindən biri Mayamidə "Zika" virusu həyəcanı yaşanır.
22 Avqust 2016 19:00 DünyaAmerika Birləşmiş Ştatlarının ən çox turist cəlb edən şəhərlərindən biri Mayamidə "Zika" virusu həyəcanı yaşanır.
Xarici KİV bildirir ki, yerli dairələrin məlumatına görə, son bir neçə gün ərzində daha bir neçə nəfərin "Zika" virusuna yoluxduğu məlum olub. Bu üzdən şəhərdə genişmiqyaslı dezinfeksiya tədbirlərinə start verilib. Turistik ərazilər, insanların toplaşdığı yerlər və zika virusunun yayıla biləcəyi digər nöqtələr xüsusi maddələrlə dezinfeksiya edilir. Təkcə son bir ay ərzində Mayamidə 36 nəfərin zika virusuna yoluxduğu deyilir. Müvafiq qurumun nümayəndələri xüsusilə hamilə xanımlara Mayamiyə gəlməməyi məsləhət görüb.
Qeyd edək ki, hamilə xanımlar "Zika" virusuna yoluxduqda, onların körpələrində fiziki qüsurlar meydana gəlir. Yeni dünyaya gələn körpələrin başlarının forması olduqca böyük olur.