İran Rusiyanı məxfi məlumatı yaymaqda İTTİHAM ETDİ

İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyanı Həmədan aviabazasından istifadə ilə bağlı məxfi məlumatı yaymaqda ittiham edib. 

İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyanı Həmədan aviabazasından istifadə ilə bağlı məxfi məlumatı yaymaqda ittiham edib. 

Teleqraf.com bildirir ki, İran televiziyasına danışan nazir məlumatı mediaya sızdıran Rusyanın şou yaratmaq istədiyini deyib.
 
Bununla belə, müdafiə naziri Rusiyanın hələ bir müddət avibazadan yararlanacağını və bu zamanın Suriyadakı vəziyyətdən asılı olacağını deyib. 
    
Ötən həftə İranın qərbində yerləşən Şəhid Nije Aviabazası Suriyaya hava zərbələri endirən Rusiyaya məxsus bombardman təyyarələrinin ixtiyarına verilib. Aviabaza 1979-cu ildən sonra ilk dəfə xarici ölkəyə açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31