Valideynlərinin yanında olan uşaqlar daha cəsurdurlar?

Alman alimlər uşaqların ətraf mühiti öyrənmələrində valideynlərin rolunu araşdırıblar. Xarici KİV xəbər verir ki, tədqiqatçılar uşaqların dünyagörüşünün artmasında, ətraf mühiti tanımalarında valideynlərin böyük rolu olduğunu bildiriblər.

Səkkiz aylıq körpələrin cəlb olunduqları tədqiqatlarda onları iki qrupa ayırıblar: valideynləri yanlarında olanlar və olmayanlar. Ataları və anaları yanlarında olan uşaqların daha fəal və cəsur olduqları müşahidə edilib. Bu uşaqlar tədqiqat otaqlarının hər tərəfini öyrənməyə çalışıblar. Onlardan fərqli olaraq digər qrupun uşaqlarında çox passivlik müşahidə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31