Özü Fransaya köçəcək, villasında itləri qalacaq
Futbolçu Alpaslan Öztürklə evli olan məşhur model Ebru Şancı 2 sonra Fransaya köçəcək.
22 Avqust 2016 19:25 DünyaFutbolçu Alpaslan Öztürklə evli olan məşhur model Ebru Şancı 2 sonra Fransaya köçəcək.
Türkiyə mətbuatı xəbər verir ki, 32 yaşlı model həyat yoldaşının "Monpelye Herault" klubuna transfer olmasına görə onunla birlikdə gedəcək.
Hazırda 7 aylıq hamilə olan Ebru doğuşdan sonra köçəcəklərini söyləyib.
Model köçəcəkləri zaman 6 itinin harada qalacağını indidən düşünməyə başlayıb. O, itlərinin Bodrumdakı villasında qalacaqlarını və onlara filippinli köməkçisinin baxacağını deyib:
"Onları sığınacağa vermək istəmirəm. İtlərimə hər şey fəda olsun".
Qeyd edək ki, 6 otağı, 2 zalı, 4 hamamı, hovuzu və böyük bağçası olan villanın 1,5 milyon lirə (854 min manat) dəyərində olduğu bildirilir.