Şakira və Pikedən gözlənilməz hərəkət
Futbolçu Jerar Pike və müğənni Şakira cütlüyü İbizada istirahət edərkən hər kəsi təəccübləndirəcək miqdarda bəxşiş verib.
22 Avqust 2016 19:15 DünyaFutbolçu Jerar Pike və müğənni Şakira cütlüyü İbizada istirahət edərkən hər kəsi təəccübləndirəcək miqdarda bəxşiş verib.
Axşam.az xəbər verir ki, onlar adada yeməklərini çox bəyəndikləri aşpaza 20 min avro veriblər. Bunu Argentinada yayımlanan bir radio proqramında aparıcı iddia edib:
"Həmin aşpaz mənim dostumdur. Şakira yeməkləri o qədər bəyənib ki, onun məkanından ayrılanda 10 min avro verərək: "Get, yaxşıca əylən, özünə bir şey al", - deyib. Bunun ardınca Pike də əlavə 10 min avro verib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31