Keçmiş baş nazirin oğlu əsirlikdən azad edildi
11 May 2016 17:10 DünyaƏfqanıstanda Pakistanın keçmiş baş nazirinin oğlu əsirlikdən azad edilib. Report bildirir ki, 30 yaşlı Əli Heydər Gilani artıq vətəninə qayıdıb. Onu ailə üzvləri və dostları qarşılayıblar. Girov ABŞ və Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən birgə əməliyyat zamanı aşkar edilib. O, 2013-cü ildə seçkiqabağı mitinq zamanı naməlum şəxslər tərəfindən qaçırılmışdı. Həmin vaxt o, Pakistan Xalq Partiyasından Pəncabın qanunvericilik məclisinə deputatlığa namizəd idi. İlkin məlumatlara görə, Ə.H.Gilani "Taliban" hərəkatı tərəfindən girov saxlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00