İngilis polisi müsəlmanları ayağa qaldırdı
11 May 2016 17:09 Dünyaİngiltərənin Mançester şəhərində genişmiqyaslı terrorla mübarizə təlimində polisin davranışı müsəlmanları ayağa qaldırıb. Publika.az bildirir ki, terrorçu rolunda oynayan polis "Allahu Əkbər" deyə qışqırıb. Təlim planına uyğun olaraq, bir kamikadze ticarət mərkəzində özünü havaya uçurur. Ssenaridə yer alan təxminən 800 könüllüdən bir qismi ölür, bir qismi də yaralanır. Ssenarinin maraqlı tərəfi isə terrorçunun özünü partlatmazdan əvvəl "Allahu Əkbər" deyə qışqırmasıdır. İngiltərə başda olmaqla Avropanın bir çox ölkələrindəki müsəlman təşkilatları İngiltərə polisinin bu hərəkətini pisləyib. Tənqidlərdən sonra Mançester polisi üzr istəməyə məcbur olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00
