Tvinninq layihəsinin Rəhbər Komitəsinin ilk iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaş olduğu "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin ilkin komitə iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, rəsmi açılışının cari ilin mart ayında baş tutduğu layihədə İtaliya və Azərbaycan tərəfləri mədəniyyət sahəsinin idarəetməsində təcrübə və biliklərin paylaşımı, Azərbaycanda mədəniyyət konsepsiyasının təkmilləşməsi üçün birgə çalışırlar. İclasda Avropa İttifaqının Nümayəndəliyindən cənab Miqel Qomez, İtaliya tərəfindən Layihə Rəhbəri xanım Adele Çesi, layihə üzrə səlahiyyətli orqan olan CİSPEL agentliyindən məsul şəxs cənab Mikelancelo Fabbrini, layihənin Rezident Tvinninq Müşaviri (RTM) cənab Alessandro Bianki və onun Azərbaycan tərəfindən həmkarı Ramil Abbəkirov, eləcə də Proqram İdarəetmə Qurumundan Əfqan Fəyziyev iştirak ediblər. Görüş zamanı cənab Alessandro Bianki layihənin üçaylıq fəaliyyət hesabatını təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00