Kanna gedən bütün məşhurlar burada üzür

Festivalın bir də belə bir üzü var

Dünyanın ən hörmətli film festivallarından biri kimi qiymətləndirilən Kann film festivalı mayın 11 Woody Allen'ın CAfe Society adlı filminin göstərişi ilə başlayır. 22 maya qədər davam edəcək festival dünyanın dörd bir yanından gələn onlarca iddialı filmi və məşhur qonaqları qarşılayacaq. Bu məşhurlar təkcə qırmızı xalçada yeriyib müxtəlif orqanizasiyalara qatılmayacaq,  həm də zaman-zaman da gərgin proqramdan fürsət tapıb dənizin və günəşin dadını çıxaracaq. Hardasa bütün məşhurların qonaqladığı Eden Roc adlı otelin hovuzu və qayalıqları var ki, Kann film festivalına gəlib də burada dənizə və hovuza girməyən və ya ən azından bu qayalıqların üzərində görüntülənməyən məşhur yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00