Bağdadda partlayış nəticəsində 64 nəfər ölüb, 87 nəfər yaralanıb
11 May 2016 15:17 DünyaBağdadda baş vermiş silahlı hücum nəticəsində 64 nəfər ölüb, 87 nəfər yaralanıb. APA-nın "Milliyyet"ə istinadən verdiyi xəbərə görə, partlayış yük maşınına quraşdırılmış qurğunun işə düşməsi nəticəsində baş verib. İraq təhlükəsizlik qüvvələri ölənlərin və yaralananların sayının artacağını istisna etmir. Hücuma görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00