"Rusiya Suriyadakı qətliamlarda suç ortağıdır"
11 May 2016 15:11 DünyaTürkiyənin Xarici İşlər Nazirliyi Əsəd rejimini Suriyanın Binniş rayonunda bazarı bombalamasına görə sərt şəkildə ittiham edib. Avropa.info bildirir ki, XİN-in yaydığı yazılı açıqlamada İdlib vilayətinin Binniş rayonundakı bazara təşkil olunan hava hücumu alçaqlıq adlandırılıb. "Rejim insanlığa qarşı törətdiyi cinayətləri çəkinmədən davam etdirir. Təbii ki, bütün bunlarda rejimin Rusiya başda olmaqla yandaşlarından aldığı dəstək böyük rol oynayır. Xüsusilə də Rusiya bu cinayətlərdə suç ortağıdır. ABŞ və Rusiyanın Suriyadakı qarşıdurmaların dayandırılması haqda anlaşmanın Hələbi də əhatə edəcəyi barədə razılaşdırmadan sonra rejimin belə bir addım atması onun daha da həvəsləndiyinin göstəricisidir. Lakin rejim və yandaşlarının cinayətləri cavabsız qalmayacaq", - deyə bəyanatda qeyd olunur.