Çavuşoğludan İŞİD-lə bağlı ETİRAF
11 May 2016 15:08 DünyaTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İŞİD-lə bağlı maraqlı etiraf edib. Qafqazinfo bildirir ki, nazir bu terror təşkilatına qarşı 65 ölkənin birləşdiyini, lakin onu yox edəcək strategiyanın olmadığını açıqlayıb: "Hissələr şəklində bəzi strategiyalarımız var. Bir çoxu isə işə yaramadı. Ərazidəki digər radikal qruplardan mədət ummalı olduq".Çavuşoğlunun sözlərinə görə, bir terror təşkilatını yox etmək üçün başqa terror təşkilatına bel bağlamaq suya düşərkən ilana sarılmaq kimidir. O bildirib ki, bu gün Suriyadakı terror təşkilatlarına qoşulmaq üçün dünyanın 120 ölkəsindən əcnəbi döyüşçülər axın edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00