Partlayış 20 can aldı
11 May 2016 14:13 Dünyaİraqın paytaxtı Bağdadın Sadr ərazisində gərginlik yaşanıb. SİA-nın Anadolu Agentliyinə istinadən verilən xəbərə görə, ən çox şiə təriqətinə mənsub sakini olan Sadrin Uraybe bazarında bomba ilə yüklənmiş avtomobil partlayıb. Nəticədə 20 insan ölüb, 70-i yaralanıb.
Əraziyə gələn Daxili İşlər Nazirliyinin polis qüvvəsi dərhal təhlükəsizlik tədbirlərini görüb, yaralılar Əl-Kadisiyyə və Əl-Kindi xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00