Çin alimləri robot qadın yaradıblar VIDEO
18 Aprel 2016 19:40 DünyaÇinin Elm və Texnologiyalar Universitetinin əməkdaşları "JiaJia" adlı robot qadını geniş ictimaiyyətə təqdim ediblər. "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, robot həmsöhbətlə dialoq qura bilir, sualları cavablandırır və zarafat edir. Mühəndislərin ərsəyə gətirilməsinə 3 il sərf etdikləri "Jia Jia" emosiyaları da ifadə edir. Əvvəlki interaktiv robotlardan fərqli olaraq yeni robotda gözlər tam təbii şəkildə hərəkət edir. O, həmçinin danışan zaman dodaqlarını və əllərini tərpədə bilir. Konseptual texnologiya olan robotun satışa çıxarılması gözlənilmir. Hazırda texnologiya üzərində bilavasitə robota şəhər şəraitində hərəkət etməyə imkan verən tamamlama işləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00