Türkiyədə anadan körpəsinə tükürpədici işgəncə VIDEO

Mersində kiçik yaşda uşağını "Sən haram uşaqsan, səni bir gün öldürəcəyəm" deyə-deyə, işgəncə verərək döyən qadın müxtəlif reaksiyalara səbəb olub. İnteraz bildirir ki, sosial şəbəkədə yayılan sözügedən video cəmiyyətdə böyük narazılıq yaradıb.

Otaqda olan bir başqası tərəfindən mobil telefon ilə çəkilən görüntülərdə anasının 2-3 yaşlarındakı uşağını ağladığı üçün danladığı və işgəncə verərək döydüyü görünür. Qadının uşağını döyərkən söylədiyi sözlər də reaksiyalara səbəb olub: "Bir sus. Allah bəlanı versin, sən elə alçaq bir uşaqsan. Gün üzü görməyəsən, inşallah. Uğursuz. Öz başını ye, inşallah. Haram uşaqsan sən. Səni öldürmək lazımdır. Allah sənin bəlanı versin, mən də qurtulum. Səni bir gün öldürəcəm". 

 

Türkiyədə anadan körpəsinə tükürpədici işgəncə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00