Qətər və Küveytin baş nazirləri Bakıya gəlir
18 Aprel 2016 17:14 DünyaBirləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Qətər Dövlətinin Baş nazirinin müavini Əhməd bin Abdallah Əl-Mahmud və Küveyt Dövləti Baş nazirinin birinci müavini Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah Bakıya səfər edəcək. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçiriləcək. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00