Sərnişin təyyarəsi dronla toqquşdu

İngiltərədə içərisində 132 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə enişə keçərkən pilotsuz uçuş aparatı ilə toqquşub. Lent.az bildirir ki, Cenevrə-London marşrutu ilə uçan, "British Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Londondakı "Heatrow" hava limanına enərkən havada drona dəyib. Hadisə aprelin 17-də yerli vaxtla saat 12.50-də baş verib. Təyyarə drona dəydikdən sonra silkələnsə də, normal eniş edə bilib. Polis hava limanı ərazisində dronu uçuran şəxsləri yaxalamaq üçün araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00