İslam ölkələrinə hücuma imkan verməyəcəyik - İran
18 Aprel 2016 11:12 Dünyaİranın hərbi gücü islam dünyasının gücüdür.axar.az bildirir ki, bunu milli ordu günü münasibəti ilə hərbçilər qarşısında çıxış edən İran prezidenti Həsən Ruhani söyləyib. Onun sözlərinə görə, İran bu gücünü şəhidlərinin qanı bahasına əldə edib:"Mən İstanbul görüşündə (İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderlərinin görüşü nəzərdə tutulur - red.) islam ölkələrinə siyasi, hərbi və iqtisadi gücümüzü heç vaxt onların əleyhinə istifadə etməyəcəyimizi söylədim. Biz islam ölkələrinin gücünü öz gücümüz, öz gücümüzü isə islam ölkələrinin gücü bilirik. Mən İstanbulda islam ölkələri liderlərinə açıq şəkildə dedim ki, əgər sabah sizin hansısa birinizin paytaxtına terrorizm və sionizm tərəfindən hücum olarsa, o zaman sizə bəli cavabı verib, yardımınıza gələcək ölkə İran olacaqdır".Qeyd edək ki, İranın müsəlman qonşusu olan Azərbaycan 28 ildir ki, xristian Ermənistanın terroru, soyqırımı, işğalı ilə üz-üzədir. Ermənistanın aqressiyası nəticəsində Azərbaycanın həm də İran tərəfindən rəsmi olaraq tanınan 20 faiz torpağı işğal edilib, 1 milyondan artıq müsəlman azərbaycanlı qaçqın düşüb, Bakıda dəfələrlə erməni torrurçuları terakt həyata keçirib, Xocalı soyqırımı törədilib.Buna rəğmən, Ermənistanın iqtisadi blokadadan çıxmasının əsas səbəbkarı İrandır.