Fransız stürdessalar hicab taxacaqlar

Fransız Milli Hava Yolu şirkəti Air France 2008-ci ildə dayandırdığı Paris-Tehran səfərlərinə beynəlxalq embarqodan sonra bu gün yenidən başlayıb.

faktxəbər  bildirir ki, Fransa nəqliyyat naziri Alen Vidalies və Fransanın 15 böyük şirkətinin rəhbəri ilk uçuşda Tehrana gedən sərnişinlər arasında yer alıb.

Air-France ilkin olaraq çərşənbə, cümə və bazar günü olmaqla Tehrana uçacaq.

Bu arada uçuşların başlamasından əvvəl stüardessaların hicab zəruriliyi ilə bağlı böhran həmkarlar ittifaqları və işəgötürən arasında aparılan müzakirələrdən sonra həll edilib.

Air France rəhbərliyi hicab taxmaq istəməyən stüardessalara bu xətdə uçmaq üçün zor tətbiq etməyəcəyinə və əzab verilməyəcəyinə təminatı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00