Aralıq dənizində 400-dən çox miqrant batıb
18 Aprel 2016 07:42 DünyaQeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən irimiqyaslı gəmi qəzası baş verib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi batıb.
Hadisə nəticəsində 400 nəfərin öldüyü bildirilir.
Məlumata əsasən, ölənlərin əksəriyyəti Somali vətəndaşlarıdır. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00