Türkiyədə hakim partiyanın binasına silahlı hücum oldu

İstanbulda hakim Ədalət və İnkişaf partiyasının (AK Parti) binasına hücum olub.

Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə əsasən, binanın arxa tərəfdə yerləşən bağçasına naməlum şəxslər partlayıcı maddə atıblar.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Xüsusi təyinatlı dəstələr araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00