Yaponiyada zəlzələdə ölənlərin sayı 9-a, yaralıların isə 1000-ə çatıb

Yaponiyada güclü zəlzələ baş verib. AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Kyusyu adasında başa verən zəlzələnin maqnitudası 6,5 olub. Ən böyük təkan isə 7 bal gücündə olub.  Ölkə hökuməti zəlzələ nəticəsində 760 insanın yaralandığını və 9 nəfərin vəfat etdiyini açıqlayıb. Lakin NHK teleşirkətinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 1000 nəfərdən çox insan yaralanıb. Zəlzələdən sonra 120 yeraltı təkan baş verib. 14 min ailə elektriksiz, 20 min ailə su təchizatsız, 6 min ailə isə qazsız qalıb. 44 mindən çox insan təxliyə olunub.

***

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 9-a, yaralıların isə 760-a çatıb.  APA bildirir ki, bunu Tokioda mətbuat konfransında hökumətin baş katibi Yosixido Suqa bildirib. Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb. 

Qeyd edək ki,  6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq  4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00