ABŞ şirkətləri haqda ŞOK İDDİA - 1,3 trilyon dollar gizlədiblər

ABŞ-ın 500-ə yaxın iri şirkəti xarici ofşor zonalarda 1,3 trilyon dollara yaxın pul gizlədir. APA bildirir ki, belə bir məlumat "Oxfam" təşkilatının "Broken at the Top" adlı araşdırmasında yer alıb. Araşdırma nəticəsində məlum olub ki, "Pfizer", "Goldman Sachs", "Dow Chemical", "Chevron", "Wallmart", IBM и "Procter and Gamble" kimi dünya brendləri ofşor zonalarda 1 600-ə yaxın törəmə şirkətlər yaradıb və dolayı yolla vergilərdən yayınıb. "Bu üsula əl atmaqla transmilli holdinqlər 240 milyard dollar həcmində vergidən yayınır", - deyə məlumatda qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00