Yaponiyada zəlzələdə ölənlərin sayı 9-a, yaralıların isə 1000-ə çatıb
15 Aprel 2016 10:14 DünyaYaponiyada güclü zəlzələ baş verib.AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Kyusyu adasında başa verən zəlzələnin maqnitudası 6,5 olub. Ən böyük təkan isə 7 bal gücündə olub. Ölkə hökuməti zəlzələ nəticəsində 760 insanın yaralandığını və 9 nəfərin vəfat etdiyini açıqlayıb. Lakin NHK teleşirkətinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 1000 nəfərdən çox insan yaralanıb.Zəlzələdən sonra 120 yeraltı təkan baş verib. 14 min ailə elektriksiz, 20 min ailə su təchizatsız, 6 min ailə isə qazsız qalıb. 44 mindən çox insan təxliyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00