Türkiyədə aparıcı kanal işçisini silahla təhdid etdi
13 Aprel 2016 13:46 DünyaTürkiyədə yayımlanan Zuhal Topalın idivac verilişində qalmaqal bitmək bilmir. Türkiyə mətbuatı xəbər verir ki, aparıcı Zuhal Topalın onların gizli planlarını açıqladığı üçün kanal işçisi olan Ersin Durdunu silahla təhdid etməsi barədə iddialar səslənib.
Ersin Durdu vəziyyəti belə açıqlayıb:
"Bir-birinə talib olan gənclər əvvəlcədən tanış olduqları üçün onlar efirdən qovulublar. Onların münasibəti isə davam edib. Qız bir müddət sonra hamilə olub. Verilişi təşkil edənlər onu yenidən efirə dəvət edərək hamilə olmasını gizlin saxlayıblar", - deyən Ersin mövcud vəziyyəti uşağın atasına xəbər verdiyi üçün Zuhal Topal tərəfindən silahla təhdid edildiyini iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00