Türkiyə ilə İsrail arasında ticarət həcmi artır

Rusiya ilə yaşanan təyyarə böhranından sonra Türk meyvə tərəvəz ixracatçılarına da ciddi zərər dəyib. Ancaq yeni bazarlar axtaran iş adamları vəziyyəti az bir zaman içində düzəltməyə nail olublar. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, meyvə və tərəvəz ticarəti federasiyasının rəhbər Burxan Ər heç gözlənməyən yerlərdən sifarişlər gəldiyini bildirib: "Son zamanlar nə qədər təccüblü olsa da, Türkiyədə külli miqdarda meyvə tərəvəz alan ölkələr içərisində İsrail başda gəlməkdədəir". Burhan Ərin sözlərinə görə son 4 ayda Türkiyədən ən çox tərəvəz alan ölkə də İsraildir. Yanvar ayından başlayaraq İsrail ciddi miqdarda Türkiyədən meyvə tərəvəz alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00