Qardaşı baş nazir seçilsin deyə spiker vəzifəsindən istefa verdi
13 Aprel 2016 11:56 DünyaQırğızıstan parlamentinin spikeri Asılbek Jeenbekov qardaşının namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsindən sonra istefa verib. Qafqazinfo bildirir ki, spiker könüllü olaraq postundan getdiyini açıqlayıb: "Mən sizin və dövlət başçısı sayəsində iki dəfə parlamentə spiker seçilmişəm. Böyük qardaşımın aprelin 10-u baş nazir postuna təqdim edilməsindən sonra könüllü olaraq mövqeyimdən istefa verirəm.
Qeyd edilir ki, spikerin qardaşının namizədliyi Almazbek Atambayevin sədrlik etdiyi Qırğızıstanın sosial-demokrat partiyası tərəfindən irəli sürülüb. Parlamentdə bu gün keçiriləcək plenar iclasda Sooronbay Jeenbekovun Qırğızıstanın baş naziri seçilməsi ilə bağlı səsvermə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00