Hollandiyada hava limanı təcili təxliyyə edildi
13 Aprel 2016 10:19 DünyaAmsterdam aeroportunda təhlükəsizlik barədə xəbərdarlıq olub.Hollandiyanın paytaxtı Amsterdam aeroportunda təcili təxliyyə elan edilib. ANS PRESS-in məlumatına görə, buna səbəb təhlükəsizlik təhdidi ilə bağlı olub.Polis təhlükəsizliyə görə, Sxipxol təyyarə vağzalında gücləndirilmiş rejiminə keçib və insanları təcili təxliyyə edib. İlkin məlumatlara görə, qanun qoruyucuları bir nəfəri saxlayıb. Bunun nəylə bağlı olduğu barədə hələ heç bir xəbər verilmir.Bildirilir ki, təhlükəsizlik şübhəli yükə görə elan edilib. Bundan başqa hazırda aeroport yaxınlığında yerləşən Leyden dəmir yolu stansiyasında da təxliyyə aparılır.Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terrorçular törədilən hücumların detallarını açıqlamayıblar. Eyni zamanda onlar Avropanı yeni terror aktlarını törədəcəkləri ilə bağlı hədələyiblər.