İranın "Xamraxian" investisiya şirkəti Dağıstandakı layihələrə 2 mlrd dollar yatırmaq niyyətindədir. APA bildirir ki, bu barədə respublika hökumətinin rəsmi saytında bildirilir. Məlumata görə, bunu şirkətin rəhbəri Səidhəmid Xamraxian bildirib. Belə bəyanatla o Dağıstan hökumətinin sədri Abdusəməd Həmidovla görüşü zamanı çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00