Ermənistan tərəfi: 75 erməni hərbçi ölüb, 122 nəfər yaralanıb
13 Aprel 2016 06:59 DünyaAzərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən erməni hərbçilərinin bir qismi müəyyənləşib."Report"un "PanArmenian.net"ə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar zamanı 75 erməni hərbçisi həlak olub, 122 nəfər yaralanıb.Daha 1 hərbçi itkin düşmüş hesab edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00