Məşhur aktyora şizofreniya diaqnozu qoyuldu
12 Aprel 2016 19:45 Dünya"Star wars" ("Ulduz döyüşləri") filmi ilə məşhurlaşan aktyor Ceyk Lloyda şizofreniya diaqnozu qoyulub. "Sabah" qəzeti xəbər verir ki, bu barədə 27 yaşlı aktyorun anası Lisa Lloyd TMZ qəzetinə müsahibəsində söyləyib. O bildirib ki, artıq oğlu olduğu həbsxanadan Psixiatrik Kliniki Xəstəxanaya aparılıb, həkim nəzarətinə götürülüb. Anası açıqlamasında aktyorun özünə dəfələrlə hücum etdiyini də deyib.
Qeyd edək ki, amerikalı aktyor 10 yaşında "Star wars: Episode I - The Phantom Menace" filmində Anakin Skayvalker obrazını canlandıraraq məşhurlaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00