“Windows XP” 3 ən populyar əməliyyat sistemindən biri oldu
12 Aprel 2016 19:35 Dünya"Windows XP" əməliyyat sisteminin dəstəklənməsinin dayandırılmasından iki il ötsə də, bu sistem hələ də dünyada ən populyarlardan biri olaraq qalır. İKT.lent.az-ın "TechRadar" nəşrinə istinadən məlumatına görə, "NetMarketShare" şirkətinin mart ayı üçün hazırladığı hesabatına əsasən, "Windows XP" əməliyyat sistemi masaüstü əməliyyat sistemləri bazarının 10,9 faizinə sahibdir. Xatırladaq ki, sistem 15 il öncə istifadəyə verilib və "Microsoft" şirkəti iki il öncə bu məhsulun dəstəklənməsinə xitam verib.Reytinqdə ilk iki yeri bazarın 51,48 faizinə sahib "Windows 7" və 14,15 faizinə sahib "Windows 10" tuturlar. Reytinqin ilk beşliyini isə 9,56 faiz bazar payı ilə "Windows 8.1" və 4,05 faiz bazar payı ilə "OS X 10.11 El Capitan" əməliyyat sistemləri tutur. 2016-cı ilin yanvar ayından etibarən "Microsoft" korporasiyası "Windows 8" əməliyyat sisteminin dəstəklənməsini rəsmən dayandırıb.