Erməni politoloqu: "Azərbaycanın hərbi əməliyyatları davam etməsinə mane olacaq səbəblər azdır"

Dağlıq Qarabağda aparılan 4 günlük müharibənin ilk qurbanı atəşkəs və diplomatik proseslər oldu. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan deyib. O bildirib ki, hazırda atəşkəsin elan olunması barışıq demək deyil. Onun sözlərinə görə, cəbhədə baş verən son hadisələr 5  istiqaməti üzə çıxarmış oldu: "Azərbaycanın hərbi əməliyyatları davam etməsinə mane olacaq səbəblər azdır. Azərbaycanın strategiyası torpaqları geri almaq, alınan ərazilərdə möhkəmlənməkdən ibarətdir". Politoloq Ermənistanın daxilində baş verən hadisələrə də toxunub. O deyib ki,  Ermənistanda korrupsiya və demokratiya çatışmazlığı çox böyük problemlərə yol açır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00