Ukrayna Radasında bomba həyəcanı
12 Aprel 2016 14:42 DünyaUkraynada parlament binasına bomba qoyulması barədə məlumat yayılıb. Milli.Az "sputniknews"a istinadən xəbər verir ki, dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, insanlar binadan təxliyə ediliblər. Məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün parlament binasında Ukraynanın baş naziri Arseni Yatsenyukun istefasının müzakirə olunması planlaşdırılırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00