"Taliban" ABŞ qoşunlarına qarşı əməliyyatlara başladı
12 Aprel 2016 12:07 Dünya"Taliban" terror təşkilatı mütəmadi olaraq həyata keçirdiyi "bahar hücumu" əməliyyatlarına başlayır və Amerika qüvvələri ilə mübarizəyə davam etmək niyyətindədir. Faktxəbər.com bildirir ki, terrorçular hücumun yerli vaxtla bu gün sübh saat 5.00-da başladığını bəyan ediblər. Kampaniya "Taliban"ın həlak olmuş lideri Molla Ömərin adı ilə əlaqədar "Öməri əməliyyatı" adını alıb.
Qeyd edək ki, ötənilki hücumlar zamanı terrorçular xüsusən Bədəxşan əyalətində aktiv idilər. "Taliban" Əfqan hökuməti mübarizə aparır və eyni anda İŞİD terrorçuları ilə rəqabətdədir. Onlar əsasən Əfqanıstanın kənd yerlərində nəzarəti ələ keçiriblər. Dekabr ayında BMT bəyan etmişdi ki, prosesin dinc yolla həllini tanısa, legitimliyi əldə edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00