Rəsmi Vaşinqton Suriyadakı seşkiləri tanımayacağını bəyan etdi

Rəsmi Vaşinqton aprelin 13-də Suriyada keçiriləcək parlament seçkilərinin legitimliyini tanımayacaq.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bəyan edib.

"Biz bu seçkiləri legitim hesab etmirik. Bu, bütöv Suriya xalqının iradəsini ifadə etmir. Hazırda Suriyada seçkilər keçirməyin zamanı deyil", - deyə M.Toner bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00