Yəməndə atəşkəs qüvvəyə mindi

Aprelin 10-da gecə yarısı Yəməndə şiəməzhəb husi yaraqlıları və hökuməti dəstəkləyən Səudiyyə koalisiyası arasındakı atəşkəs qüvvəyə minib. Axar.az bildirir ki, Səudiyyə koalisiyası yaydığı bəyanatda prezident Abd Rabbo Mənsur Hadinin tələbiylə atəşkəsə hörmət göstərəcəyini, bununla yanaşı, istənilən hücuma cavab vermək hüququnu saxladığını bəyan edib.

Qeyd edək ki, bu ay Küveytdə münaqişəyə son qoyulması məqsədilə danışıqlar aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00