İŞİD Suriyada 21 xristianı öldürüb
11 Aprel 2016 16:02 Dünyaİraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Suriyanın Əl-Karyateyn şəhərində 21 xristianı məhv ediblər. Modern.az xarici mediaya istinadən bildirir ki, öldürülənlərdən 3-ü qadındır, daha 5 nəfər itkin düşmüş sayılır. Onların da öldürüldüyü ehtimal olunur. Yaraqlılar Əl-Karyateyni 2015-ci ilin avqust ayında ələ keçiriblər, Orada 300-ə yaxın xristian qalıb. Xristianların bəziləri şəhəri tərk etməyə cəhd göstərərkən, bəziləri "İslam qanunlarını" pozduqlarına görə öldürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00