Moskvanın Kursk vağzalı bomba xəbərdarlığı ilə əlaqədar boşaldılıb

Moskva şəhərinin Kursk dəmir yolu vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyə olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 600-ə yaxın sərnişin vağzala bomba qoyulması ilə bağlı gələn anonim zəngdən sonra oradan çıxarılıb. Anonim zəng bu gün günorta saatlarında daxil olub. Hüquq-mühafizə orqanları vağzalı tamamilə boşaldıblar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Moskva-Bakı qatarı Kursk vağzalından yola düşür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00