Bir gündə 1 terabayt pulsuz məlumat yüklədi

Avstraliya sakini Con Zaşveri təxminən bir terabayt məlumatı yükləmək üçün mobil internetdən istifadə edib. İKT.lent.az-ın "Daily Mail" nəşrinə istinadən məlumatına görə, Con mobil operatorun istifadəçilərinə bütün gün ərzində mobil internetdən istifadə etməklə bağlı yaratdığı aksiyasından yararlanıb. Operator şirkət rabitədə bir neçə gün ərzində yaranan kəsintilər və fasilələrdən sonra müştəriləri üçün belə bir aksiya keçirməyi düzgün addım hesab edib. Bunun sayəsində gənc oğlan 994 geqabayt məlumat yükləyib ki, bu da adi günlərdə ona 10 min dollara başa gələrdi. Artıq internetdə "pulsuz məlumatlara sahib olan" kimi tanınan Zaşverinin sözlərinə görə, bir gün ərzində "Simpsonlar" cizgi filminin 24 mövsümünü, "Əfsanələrin qənimi" filminin 14 mövsümünü, "Vikipediya"nın bütün məlumat bazasını və bir çox iri-xırdaları məlumatları yükləyə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00