“Facebook” hava proqnozu da verəcək
11 Aprel 2016 19:31 Dünya"Facebook" sosial şəbəkəsi yeni hava proqnozu xidmətini sınaqlarını keçirir. İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, hazırda yeni seçimdən ancaq Böyük Britaniyada olan iOS və "Android" əməliyyat sisteminin istifadəçiləri istifadə edə bilərlər. Belə ki, "Facebook" şəbəkəsində qeydiyyatdan keçənlərin bəziləri özünün profilində xəbər lentində hava proqnozu haqqında məlumatları da görə biləcəklər. Bu məlumatı açdıqda, yaxın 24 saat ərzində mövcud olacaq hava proqnozu barədə daha ətraflı məlumat yüklənəcək. Bura havanın hər saat üzrə temperaturu və proqnozlaşdırılan yağıntılar da daxildir. Əgər istifadəçiyə verilən məlumat kifayət etmirsə, həmin bu səhifədə "Weather" hava haqqında resursa keçid mövcuddur ki, burada da hava şəraiti haqqında proqnozlar barədə maksimum ətraflı məlumat əldə etmək mümkündür.
Xatırladaq ki, "Facebook"un bu xidməti hələlik test rejimində çalışır və bundan ancaq Böyük Britaniyada yaşayan iOS və "Android" istifadəçiləri istifadə edə bilir.