Rusiya və ABŞ, nəhayət, dil tapdı
11 Aprel 2016 15:23 DünyaRusiya və ABŞ nüvə silahından tam imtina etməyə hazırdır. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Con Kerri söyləyib. Onun sözlərinə görə, Moskva və Vaşinqton indiyə qədər xeyli sayda nüvə başlığından imtina edib və bu prosesi bundan sonra da davam etdirməyə hazırdırlar.
Qeyd edək ki, Kerri 70 ildən sonra ABŞ-ın nüvə bombası atdığı Xirosima şəhərini ziyarət edən ilk dövlət katibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00