89 yaşlı qadın pensiyaçı oğrunu döydü
11 Aprel 2016 19:21 Dünya89-yaşlı Surrey qraflığının (Böyük Britaniya) sakini Greys Smit evinə girən oğruya müxtəlif əşyalarla xəsarət yetirərək onu mənzilindən qovub. Bu barədə Trend-ə istinadən xəbər verir. Kənar şəxs G.Smitin qapısını döyərək uydurulmuş bəhanə ilə evə daxil olmaq istəyib. Etirazla rastlaşan oğru pensiyaçı qadını itələyərək evə girib qiymətli əşyaları axtarmağa başlayıb. Bundan qəzəblənən pensiyaçı əlinin altına düşən əşyalarla, o cümlədən taxta çubuqla və lampa ilə oğruya xəsarət yetirməyə başlayıb. Başından müxtəlif xəsarətlər alandan sonra "dəvət olunmamış qonaq" mənzildən nə isə götürməyə macal tapmamış evdən gacıb. Hüquq-mühafizə orqanları tərəfindən hadisə araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00