Britaniyanın tanınmış yazıçısı vəfat etdi
11 Aprel 2016 19:11 DünyaBritaniyanın tanınmış yazıçısı Dennis Qovard Marks 71 yaşında dünyasını dəyişib. Report bildirir ki, yazıçının ölümünə səbəb xərçəng xəstəliyi olub. "Mister Qandcubas"avtobioqrafiyası ilə məşhurlaşan Dennis Qovard Marks 1945-ci ildə anadan olub. 25 illik həbsxana həyatı olan yazıçının bütün ömrü narkotiklərə bağlılıqla keçib. 1996-cı ildə avtobioqrafiyasını əks etdirən "Cənab Qandcubas" əsəri çapdan çıxır. 2010-cu ildə Bernard Rouz əsərin motivləri əsasında film çəkir. Yazının növbəti uğurlu əsəri 2011-ci ildə nəşr edilən "İblisin təsəllisi" romanı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00