Vanda faciənin qarşısı alındı
11 Aprel 2016 13:56 DünyaVanın Edremit rayonunda polis əməliyyatı nəticəsində böyük faciənin qarşısı alınıb. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, Edremtin Kurubaş məhəlləsində terrorçuların külli miqdarda partlayıcı maddə saxladığının xəbərini alan polisin Terrorla Mübarizə və Kəşfiyyat şöbələri dərhal hərəkətə keçiblər. Aparılan əməliyyat nəticəsində 12 maye qaz balonun içinə yerləşdirlimiş 30 kiloqram ağırlığında partlayıcı qurğular aşkaralanaraq götürülüb. Həmçinin 18 kiloqramlıq partlyaıcı qurğu hazırlığında istifadə edələcək material ələ keçirilib. Olay ilə əlaqədar istintaq başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00