Erməni tərəfi son döyüşlərdə verdiyi itkilərin daha bir hissəsini açıqlayıb - 56 ölü

Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlərdə verdiyi itkilərin sayını açıqlamaqda davam edir. APA-nın məlumatına görə, qondarma "DQR" müdafiə nazirliyindən RİA "Novosti"yə bildiriblər ki, döyüş zamanı 56 erməni hərbçi ölüb. "Aprelin 7-nə olan məlumata görə, itkilərimiz 36 nəfər idi. Ötən günlərdə daha 20 meyit tapılıb, yaxud da Azərbaycan tərəfindən bizə təhvil verilib. Beləliklə, ölənlərin sayı 56 nəfərə çatıb", - deyə qondarma rejimin müdafiə nazirliyindən qeyd ediblər. Həmçinin bir erməni hərbçinin hələ də itkin düşmüş hesab edildiyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00