Türkiyənin Əskişəhər vilayətində qaz kəmərində partlayış olub. Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, 7 nəfər xəsarət alıb. Partlayış Əskişəhərin mərkəzi küçələrinin birində aparılan təmir işləri zamanı baş verib. Hazırda partlayışın törətdiyi yanğının söndürülməsi üzrə işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00