Kerri və Lavrov Azərbaycan və Ermənistan arasında atəşkəs barədə razılaşmanı alqışlayıb

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.C. Kerri və S. Lavrov Dağlıq Qarabağda atəşin dayandırılması barədə razılaşmanı alqışlayıb, atəşin kəsilməsinin regionda situasiyanın normallaşmasına şərait yaradacağını vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00