Dünyada ilk dəfə: bahalaşmaya görə üzr istədilər
8 Aprel 2016 18:19 DünyaYaponiyadakı "Akagi Nyugyo Co." korporasiyası məşhur dondurmasının satış qiymətlərini artırdığına görə xalqdan və istehlakçılardan üzr istəyərək, üzrxahlıq videosu yayıb. "Gari-Gari" dondurması son 25 il ərzində 60 yenə satılırdı. Ayın əvvəlində isə şirkət qiyməti 10 yen artırıb. Bu səbəbdən şirkət rəhbərliyi mərkəzi ofisin həyətinə çıxaraq: "Bağışlayın, 25 il davam gətirdik, lakin indi bacarmadıq. Bizi əfv edin!" - deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00
