Məşhur aktrisa ana olduğunu gizlətdi

Tanınmış Hollivud aktrisası Enn Heteueyin oğlu olub. Anspress bildirir ki, bu, aktrisanın ilk övladıdır. "Oskar" mükafatçısının həyat yoldaşı dizayner Adam Şulmandır.

Oğlan uşağı martın 24-də Los-Ancelesdə dünyaya gəlib. Lakin yeni doğulmuş körpənin valideynləri bu xəbəri mediadan gizli saxlayıblar. Tanınmış cütlük uşağın adını  Conatan Rouzbenks Şulman qoyub. Enn Heteuey ilə Adam Şulman 2012-ci ildə evləniblər. Onların toyu Kaliforniya ştatının Biq Sür şəhərində olub. Aktrisa bu filmləri ilə məşhurlaşıb: "Reyçl ərə gedir", "Ceyn Ostin", "Əzrail Prada taxır", "Sevgi və digər dərmanlar". Enn Heteuey 2013-cü ildə "Səfillər" filminə görə "Oskar" alıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00